Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi
Uşaq Sağlamlıq Mərkəzi

Küveyz fobiyası övlad sahibi olmanın həzzinə maneə olmasın!

Hamiləlik dövründə ana olmağa namizəd olan qadınların əksəriyyəti övladının gözlənilən vaxtda və sağlam dünyaya gəlməsini gözləsə də, bəzən erkən və riskli doğumlar da olur. Bununla yanaşı körpəni Yenidoğulmuşların reanimasiyası şöbəsində necə bir dövrün gözlədiyi barədə narahatlıq keçirirlər.

Ailələr narahat olmamalıdır.

Bir çox valideynlər körpənin yenidoğulmuşların reanimasiyası şöbəsində olduğu müddətdə, “Ona necə baxılacaq, canı ağrıyacaqmı, necə qidalanacaq, ana və ata şəfqətindən məhrum qalacaqmı, gələcəkdə problem yaşayacaqmı?” və s. bu kimi narahatlıqlar keçirirlər. Bu ailələrdə bu baxımdan “küveyz fobiyası”nın artmasından danışıla bilər. Halbuki, yenidoğulmuşların  reanimasiya şöbəsində yatmaqda olan körpələrə yaxın müşahidə və yaxşı baxım dəstəyi verilir.

Yenidoğulmuşların reanimasiyası şöbəsi körpənizi sağlam həyata bağlayır.

Tibbin  inkişaf  etməsi ilə “uşaq sağlamlığı və xəstəlikləri” təhsilinin keyfiyyətinin də yaxşılaşması sayəsində, sağlamlıq problemləri ilə dünyaya gələn ya da erkən doğulan körpələr həyata tutunaraq həyatlarını sağlam bir şəkildə davam etdirə bilirlər. Körpələrin özlüyündən yaxşılaşma ehtimalları, yetkin xəstələrə görə çox yüksəkdir. Kiçik müdaxilələr, tənəffüs dəstəyi, qidalanmasının damardan təmin edilməsi onların sürətlə yaxşılasmasını və tez bir zamanda ana qucağına qovuşmasının təmin olunmasında vacib rol oynayır. Cəmiyyətdə məşhur olan digər bir yanlış da yenidoğulmuşların  reanimasiyası modulunun ciddi sağlamlıq problemləri olan körpələrin baxıldığı yer olaraq adlandırılmasıdır. Bu fikir həqiqəti əks etdirməməklə yanaşı, valideynlərin psixologiyasına da mənfi təsir göstərərək onların çətin psixoloji dövr keçirməsinə səbəb olduğu üçün çox təhlükəlidir.

Ailələr əvvəlcədən məlumatlandırılmalıdır.

Körpə dünyaya gəlməzdən öncə ailə ilə görüşülmək, hamiləlik müddəti, doğum və ola biləcək fəsadlar haqqında məlumat verilməsi, riskli hamiləliklərdə reanimasiya heyəti ilə doğumdan əvvəl tanışlığın  təmin edilməsi, körpə doğulduqdan sonra ən qısa zamanda ana və atanın məlumatlandırılması, hansı cihazın nə zaman istifadə olunduğunun və nə üçün körpəyə bağlı olduğunun izah edilməsi kimi məqamlar olduqca əhəmiyyətlidir.

Reanimasiyada olan körpələr çox zaman bir neçə gün müddətində sağalıb xəstəxanadan çıxırlar. Lakin ananın psixologiyası küveyz  fobiyası  səbəbi ilə pozulduğu üçün ana südü azalıb, kəsilə bilər. Bu vəziyyət körpənin ona ən çox lazımlı olan qidanı ala bilməməsinə səbəb ola bilər. Yenidoğulmuşların reanimasiyası şöbəsinin həkimlərinin və tibbi heyətin vəzifəsi yalnız körpəyə yaxşı baxıb, onu müalicə etmək deyil, eyni zamanda reanimasiya xaricində onu gözləyən ailənin və yaxınların vəziyyətini anlamaq, əlaqə qurmaq və məlumat azlığını aradan qaldırmağa kömək etməkdir.

Uzm. Dr. Erkin Rəhimov

Biz, Baku Medical Plaza Uşaq Sağlamlıq Mərkəzinin tibbi personalı, bizlərə əmanət etdiyiniz uşaqlarınıza öz doğmalarımız kimi baxırıq. İnanırıq ki, hər körpənin sağlam yaşama və böyümə haqqı var və bizim işimiz bunu təmin etməkdir.