Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi

Oftalmologiya

Dr. Rüxsarə Qurbanova

ÜMUMİ MƏLUMAT

    Oftalmologiya – gözün görmə funksiyaları ilə məşğul olan elm sahəsidir. Bütün körpələr ilk doğulduğu gündən göz müayinəsindən keçirilə bilərlər.    Erkən doğulan körpələrdə damarların inkişafı tamamlanmadığı üçün göz müayinəsi zəruridir. Bu tip körpələrdə ROP (Retinopathy  of Prematurity) müayinəsinin vaxtı keçmədən, gecikdirilmədən aparılması cox önəmlidir. Bu müddət körpə doğulduqdan 4 həftə sonraya təsadüf edir. Bu müayinədə damarlarda yarana biləcək problemlər aşkar olunur və müalicə olunur. Müalicənin hətta bir gün belə gecikməsi qorxunc və silinməz fəsadlar, hətta korluq yaradır. Erkən göz müayinəsi bir çox göz xəstəliklərinin, eləcə də orqanizmdə olan bir çox xəstəliyin vaxtında aşkarlanmasına və müalicəsinə kömək edir.     Erkən göz müayinəsi həmçinin anadangəlmə qlaukoma, çəpgözlük, göz tənbəlliyi, göz xəstəliyi ilə müşayiət olunan sindromlar və digər xəstəliklərin vaxtında aşkar olunması və müalicəsi üçün önəmlidir.     Vaxtında doğulmuş bütün körpələr ilk bir ildə göz müayinəsi olunmalıdır. Çəpgözlük, göz tənbəlliyi, dakriosistit (göz yaşı kanalının tutulması), qlaukoma bu dövrdə aşkar olunub müalicə olunarsa, uşağı gələcəkdə yaranacaq böyük fəsadlardan qoruyar.    Klinikamızda bütün növ göz müayinələri, xəstəliklərin diaqnostikası və müalicəsi yüksək səviyyədə aparılır.