Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi
Pediatriya poliklinikası
Dr. Mehriban Hüseynova

        Gülərüz tibbi personalımız xəstələrimizə hər zaman yüksək səviyyədə xidmət gostərməkdədirlər. Uşaqlarınızın sağlamlığını polikilinika şöbəsində çalışan  xarici ölkələrdə böyük nəaliyyətlər əldə etmiş uzman həkimlərə əmanət edə bilərsiniz. Poliklinikamızdaki gözləmə salonu, həkim otaqları və peyvənd otağı uşaqların özlərini rahat və güvəndə hiss edə biləcəkləri şəkildə dizayn edilmişdir. Anaların körpələrini rahat əmizdirməsi üçün poliklinikamızda xüsusi bir otaq ayrılıb. Bu otaqda uşaq bezlərinin dəyişdirilməsi üçün bələk masaları da yerləşdirilib. Körpələrinizdən qan analizi almaq üçün sırf poliklinikamıza xidmət verən qanalma otağı və bu iş üçün yetişdirilmiş xüsusi tibb bacısı fəaliyyət göstərir. Həkimlərimiz sağlam uşaq nəzarəti, vaxtında peyvənd və lazımlı müayinələrlə bərabər xəstələnmiş uşaqlara da xidmət göstərir. Vaxtı vaxtında bütün lazımlı müayinələr aparılır. Poliklinikamızın qısa müddətli təqib və müalicə üçün ayrılmış müşahidə otağında həkim təyinatına əsasən uşaqlara nəzarət və müalicə proseduraları həyata kecirilir. Poliklinik xidmət randevu əsasında verilir.