Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi
Uşaq kardiologiyası
Dr. Günel Qafarlı

ÜMUMİ MƏLUMAT

Uşaq kardiologiyası nədir?

Uşaq kardiologiyası  uşaqlarda (0-18yaş) olan bütün növ ürək xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olan tibb sahəsidir.

  • 0-18 yaş arası uşaqların kardioloji müayinəsi və dəyərləndirilməsi
  • Anadangəlmə ürək qüsurlarının diaqnostikası və müalicəsi
  • Qazanılmış ürək qüsurlarının diaqnostikası və müalicəsi
  • Anadangəlmə ürək qüsurlu uşaqların əməliyyata hazırlığı
  • Ürək çatışmazlığı olan uşaqların müalicəsi
  • Uşaqlarda aritmiyaların (ürəyin ritminin normadan çıxma halları) diaqnostikası və müalicəsi

XİDMƏTLƏRİMİZ

Bizim klinikamızda aparılan funksional  müayinələr:      

  • Elektrokardioqrafiya (EKQ)
  • Exokardioqrafiya (EXOKQ)

10-30 dəqiqə sürən, heç bir zərəri olmayan ürəyin ultrasəs müayinəsidir. Uşağın ac və ya tox olması önəmli deyil, amma uşağın sakit olmağı vacibdir. Ona görə də, bəzən 1-3 yaş arası uşaqları yatızdırmaq lazım ola bilər.

Exokardioqrafiya hansı uşaqlara məsləhət görülür?

  • Həkimin müayinə zamanı hər hansı bir əlavə səs (ürək küyü) eşitdiyi uşaqlara
  • Vaxtından əvvəl (yarımçıq) doğulmuş uşaqlara
  • Ailəsində anadangəlmə ürək qüsurları olan uşaqlara
  • Fərqli genetik sindromu olan uşaqlara
  • Göyərməsi və ya senkopu (bayılma) olan uşaqlara
  • Ürək döyüntüsü, ürək nahiyyəsində ağrı şikayəti olan uşaqlara
  • Professional idmana başlamadan öncə

24 saatlıq Holter EKQ müayinəsi

Holter EKQ monitoru döş qəfəsinə yapışdırılan, EKQ elektrodları vasitəsilə 24 saat ərzində ürəyin ritmini qeyd edə bilən, kiçik bir cihazdır.

24 saatlıq Holter EKQ monitoru müayinəsi göstərişləri:

  • Aritmiyaların növünü, sutkalıq faizini, davam etmə müddətini təyin etmək üçün
  • Aritmiyaların yarada biləcəyi döş qəfəsi ağrısı, ürəkdöyüntü, senkop kimi simptomların araşdırılması
  • Aritmiyaların dərman müalicəsinin effektliyinin dəyərləndirilməsi

24 saatlıq Holter təzyiq müayinəsi

24 saatlıq Holter təzyiq monitoru sutka ərzində (gündüz və gecə) qan təzyiqini ölçən kiçik cihazdır.

Kardiovaskular stress test (Tredmil)– fiziki yük sınağı;

Tredmil testi fiziki yük altında ürəkdə yaranan şikayətlərin və xəstənin fiziki yükə tolerantlığının  dəyərləndirilməsi üçün aparılır.

Test zamanı xəstənin EKQ monitorizasiyası aparılır, hər etapda qan təzyiqi ölçülür.

Bütün funksional müayinələr həkim tərəfindən təyin olunmalıdır.