Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi
Yenidoğulmuş Uşağın Sünnət Edilməsi

Yenidoğulmuş uşağın sünnət edilməsi

Uşağın  cinsi  orqanının  uc  hissəsini  örtən  sünnət dərisinin  (prepisyumun) cərrahi  əməliyyat  ilə  götürülməsi  hadisəsi  “sünnət”  adlandırılır. Sünnətin  nə  zaman  edilməsi  ilə bağlı olaraq , əlavə  problemi  olmayan  və  uşağın  cinsi  orqanı  uyğun   olan  uşaqlarda  yeni doğulan  uşağın  sünnət  edilməsi  ilk  seçim  olmalıdır. Ancaq  məsələ  burasındadır  ki, “qıya bilmirəm” , “hələ cox balacadır”, “bu yaşda sunnət  edərlər heç” kimi  fikirlər  yeni  doğulmuş  uşaqları sünnət  edilməkdən  yayındırır. Lakin  yeni  doğulmuş  uşağın  sünnət   edilməsinin  özünəməxsus  bir  çox  üstünlükləri   var. Bir  çox   ailələr  uşağın  özünün  də  sünnət  toyunu  görə  bilməsi  üçün  bir  az  böyüdükdən  sonra   edilməsinin  daha  uyğun  olacağını  düşünürlər. Halbuki  sünnət  toyunu  azyaşlı  uşağın  sünnəti  edildikdən  sonra  qarşıdan  gələn  illərdə , yəni  bir az  böyüyəndə  etmək  də  olar  və  sırf  sünnət  toyunda  iştirak  etsin  deyə  uşaq  böyüdükdən  sonra  sünnət  etdirilməsi, ona  psixoloji  travma  verilməsi  və  uşağın  dözməli  olduğu  çətinlikləri  daha da  artırmağa  dəyərmi ?

Yenidoğulmuş  sünnətinin  üstünlükləri:

  • ümumi anesteziyaya  ehtiyac  duyulmaması ;
  • yaranın sağalmasının çox sürətli  olması;
  • cinsiyyət orqanında  şişmənin  çox  az  olması;
  • uşağa psixoloji  təsir  etməməsi;
  • qulluğun çox  asan  olması;
  • körpəyə xas  olan  ana südü  verilərkən  sakitləşməsi;
  • adətən sonrasında ağrıkəsiciyə ehtiyac olmaması;

Yeni  anadan olmuş  körpənin  sünnət edilməsi üçün  ən vacib  şərt  onun  əlavə  bir  probleminin  olmaması  və  cinsi  orqanın  bu  əməliyyata  uyğun  olmasıdır. Yəni  əgər  xəstənin  bilinən  əlavə  xəstəliyi  yoxsa , hər  iki  yumurtalığı  yerində  isə  və  cinsi  orqan  quruluşu  münasibsə  yeni  doğulan  körpə  sünnət  edilə  bilər.

Metod və zamanı

Yeni  doğulan  körpənin  sünnəti  üçün  müxtəlif  üsullar  olmasına  baxmayaraq , tikişsiz  edilən  plastibell  sünnətinə  üstünlük  verilir. Yeni  doğulan  körpənin  sünnət  edilməsi  üçün  zaman  olaraq   isə  ilk  24 saatdan  sonrakı  dövr  seçilir. Beləliklə  doğuşdan  sonra  xəstənin  sünnət  edilmiş  olaraq  xəstəxanadan  çıxması  baş  verir. Bunun  ən  böyük   üstünlüyü  uşağın  hələ  ətrafında   nələrin  baş  verməsinin  fərqində  olmadan  əməliyyat  edilməsidir. Böyüdükdən  sonra  sünnət  əsnasında  lokal  olaraq  anesteziya  edilməsinə  baxmayaraq , uşağın öz  ayaqlarının  tutulmasına  reaksiya  verməsi  və  narahatlıq  keçirməsi  müşahidə  edilir. Bu  səbəbdən  sünnət  əməliyyatını  28-ci  günədək  etmək  məsləhət  görülür.

Sünnətə qədər görülən hazırlıq

Yeni  doğulan  körpənin  sünnət  edilməsinə  qərar  verildikdən  sonra , əməliyyatdan  1 saat  əvvəl  cinsiyyət  orqanı  ətrafına  yerli  keyləşdirici  təsiri  olan  krem  sürtülür . Eyni  zamanda  laxtalanma  pozğunluğunu  test  etmək  üçün  kiçik  miqdarda  qan  alınır . Sonra  əməliyyat  otağında  cinsiyyət  orqanı  ətrafına  yenə  yerli  keyləşdirici  təsirə  malik  iynə  vurulur . 10-15  dəqiqə  gözlənildəkdən  sonra sünnət  əməliyyaına  başlanılır .

Sünnət:

  1. Kəsim  dərinin  uc  hissəsində  aparılır .
  2. Plastibell  cinsiyyət  orqanının  başına  yerləşdirilir və  dəri  plastibelin  üzərinə  doğru  çəkilir .
  3. Tikiş  ipi  plastibeldə  sarğı  şırımı  üzərində  dərinin ətrafına  sarınır. İpdən  sonrakı  artıq  dəri  kəsilir . Plastibell  isə  10-15  gün  sonra  düşür .

Sünnət və sonrası

Plastibell  sünnətindən  sonra  eynilə  göbəkdə   qoyulan  plastik  kimi  cinsiyyət  orqanında  da  plastik  halqa  olur  və  göbəkdə  olduğu  kimi  quruduqdan  sonra  özü  düşür . Sünnətdən  sonra  çimizdirilməsində əks göstəriş yoxdur . Daha  sonrakı  dövrdə  ediləcək  tək  şey   isə  bezə  yapışmaması  üçün  cinsi  orqanının  ucuna  krem  çəkilməsidir . Halqanın  düşmə  müddəti  5 gün  ilə  20 gün  arasında  dəyişir  ; adətən  10-15  gün  çəkir . Ancaq  bu  müddətdə  ailələrin  gözlədiyi  kimi  hər hansı  bir  narahatlıq  baş  vermir . Adətən  sünnətdən  sonra  ağrıkəsici  lazım  deyil , nadir  hallarda  20  gündən   böyük  körpələrdə  1-2 dəfə  olmaqla  ağrıkəsici  ehtiyacı olabilər .

Sünnətdən  sonra  evdə  olunacaqlar

  • Bezi 2-3 saatdan  bir  dəyişdirmək;
  • Altı hər  dəfə  dəyişdirildikdə  cinsiyyət  orqanı  ətrafına  bol  miqdarda  krem  çəkmək;
  • Sonra da  dərhal  çimizdirilmək;
  • Qucağa götürən  zaman  sünnət  edilmiş  orqanı  qorumağa  diqqət  göstərməyə  ehtiyac  yoxdur;
  • Altı təmiz  olmasına  baxmayaraq , ac  deyilsə  və  həddindən  artıq  narahatlıq  varsa  ağrıkəsici  şam  qoyulur(1-2% xəstə);
  • Halqa düşdükdən  sonra  yoxlanmağa  gətirilir.

Bizə də “ xeyirli  olsun, keçmiş  olsun” demək qalır…

Uzm. Dr. Aqil Abilov

Ürək xarici toraks cərrahiyyəsi, onkoloji cərrahiyyə, mədə-bağırsaq sisteminin cərrahiyyəsi, uşaq ginekologiyası, uşaq urologiyası, diaqnostik və müdaxiləli endoskopik tətbiqlər, laparoskopik və torakoskopik cərrahiyyə, travma cərrahiyyəsi məşğul olduğumuz başlıca sahələrdir. İş prinsipimiz uşaq üçün ən rahat, ağrısız və onun psixoloji inkişafına zərər verməyəcək şəkildə çalışmaqdır.