skip to Main Content
Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi

Uşaq psixiatriyası

ÜMUMİ MƏLUMAT

Psixiatriya, insanların duyğu, düşüncə və davranışlarındakı problemləri təyin edərək çox fərqli texnikalarla müalicə edib, insanlara kömək edən bir tibb sahəsidir. Psixiatrlar, əvvəlcə həkimdirlər və ruhi pozğunluq diaqnozu, müalicəsi və qarşısının alınması üzərində çalışırlar. Bunlara zehni, davranış, hissiyyat və ictimai pozğunluqlar daxildir. Psixiatriya sahəsi ilə maraqlanan həkimlərə psixiatr (psixiatriya mütəxəssisi) deyilir. Bir tibb sahəsi olan psixiatriya nevrologiya, farmakologiya, biokimya, psixologiya və digər tibb sahələri ilə əlaqəlidir. Nevroloq və digər sahələrdən fərqli olaraq psixiatrlar həkim-xəstə münasibətlərində ixtisaslaşmışdırlar. Psixoterapiya və dərmanla müalicə texnikaları təhsili almışdırlar.

Psixiatrlar psixoloqlarda aldıqları təhsilə görə fərqlənirlər. Bütün digər tibb sahələri üçün lazım olduğu kimi təməl tibb təhsili aldıqdan sonra Psixiatriya ekspertizası bölümünü seçirlər. Həkim olan psixiatriya mütəxəssisi ruhi pozğunluqların diaqnozunu təyin etmək və müalicə etməklə səlahiyyətli və məsuldur.

İbn-i Sina, təxminən min il əvvəl “Qanun” adlı əsərində uşaqları tərbiyə etmək mövzusunda bu sözləri demişdir: “Uşaqlar diqqətlə baxılmalı, davranışlarında ölçünü qaçırmamaları üçün dəstək olmalıyıq. Hirsli reaksiyaları, qorxuları və qayğıları aradan qaldırılmalıdır. Uşağın istək və arzuları ilə yanaşı xoşlanmadığı şeyləri də nəzərdə tutulmalıdır. Uşağın təbii qabiliyyətləri dəstəklənərkən, onu narahat edən səbəblər də aradan qaldırılmalıdır. Belə bir tərbiyə həm bədən, həm də ruh üçün faydalıdır, Çünki qazanılan yaxşı vərdişlər və davranışlar daha ilk illərdə şəxsiyyətin formalaşmasına təsir edər.”

Hal-hazırda Uşaq və Yeniyetmə Ruhi Sağlamlığı və Xəstəlikləri, başqa sözlə Uşaq və Yeniyetmə Psixiatriyası sahəsi, həcmi, ehtiyacları və ictimai fəaliyyəti ilə bütün dünyada və ölkəmizdə sürətlə genişlənən, ictimai və fərdi baxımdan bütün biloloji, psixoloji və sosioloji elm budaqları ilə birbaşa əlaqəsi olan bir elm sahəsidir.

XİDMƏTLƏRİMİZ

Böyüklər üçün

  • Fərdi Psixoterapiya
  • Ailə, evlilik terapiyası
  • Qrup müalicəsi
  • İmtahan qayğısı
  • Cinsi müalicə (Vaginismus, Erkən boşalma)
  • Depressiya
  • Qayğı pozğunluqları
  • Panik atak
  • Travma sonrası stress pozğunluqları
  • Bipolar pozğunluq
  • Şizofreniya və psixotik xəstəliklər
  • Fobiyalar
  • Yuxu və yemək pozğunluqları
  • Şəxsiyyət pozğunluqları
  • Diqqətsizlik və hiperaktivlik pozğunluq
  • Maddə və alkoqol asılılığı

Geriyatrik Psixiatriya (Yaşlılıq Psixiatriyası)

  • Yaşlılıqda depressiya
  • Yaşla əlaqəli unutqanlıq
  • Qocalıq Demans (Ağlını itirmə) – Alzheimer
  • Evlilik problemləri və sosial fobiya
  • Stress və əsəb problemləri
  • İş həyatına dair problemlər
  • Hamiləlik Dövrü Problemlər
  • Yaş prosesi
  • Boşanma prosesi

Uşaq və Yeniyetmə Psixiatriyasında Müalicə və Dəstək sahələri

  • Diqqətsizlik və hiperaktivlik pozğunluq
  • Öyrənmə pozğunluqları
  • Qayğı pozğunluqları
  • Obsesiv Kompulsiv pozğunluq
  • Depressiya
  • Bipolar pozğunluq
  • Adaptasiya pozğunluğu
  • Destruktiv davranış pozğunluğu
  • Yemək pozğunluqları
  • İnkişaf və zəka gerilikləri
  • Danışıq pozğunluqları və cinsel kimlik pozğunluqları
  • Yaş
  • İctimai fobiya və digər fobiyalar
  • Məktəblə bağlı problemlər
  • İmtahan qayğısı
  • Sidikqaçırma

Avropa Tibb Uzmanları Birliyi tərəfindən Uşaq və Yeniyetmə Psixiatriyası “18 yaşa qədər uşaqlarda mütəxəssis həkimlər tərəfindən tibbi üsullar, standartlar və yanaşmalarla ruhi sağlamlıq problemlərinin qarşısının alınması, diaqnoz qoyulması və müalicəsinin həyata keçirilməsi” olaraq təyin olunmuşdur.

0-18 yaş arasındakı uşağınızın gündəlik həyatına mənfi təsiri olan dostluqda davranış problemləri, məktəblə bağlı problemləri, öyrənmə problemləri varsa, Uşaq Psixiatriya mütəxəssisinə müraciət etməlisiniz.

Baku Medical Plazada fərdi psixoterapiya (psixoanalitik, dəstəkləyici, təfəkkür davranışçı müalicələr), oyun terapiyası, ailə terapiyası, dərman müalicəsi tətbiq olunaraq 0-18 yaş arası uşaq və yeniyetmələrə müalicə xidməti təqdim olunur.

Baku Medical Plazada Uzm. Dr. Ceren Evcen Canbakisova psixoloji və psixiatrik dəstəyə ehtiyacı olan böyüklər, cütlüklər və ailələrə psixoterapiya və məsləhət xidmətləri göstərir.

Back To Top