ÜMUMİ MƏLUMAT
Uşaq Nevrologiyası bölməsi, Pediatriya şöbəsinin mühüm sahələrindən biri olaraq Baku Medical Plazada 7 gün 24 saat yüksək səviyyədə fəaliyyət göstərir. Xəstə kontingenti 0-18 yaş arasını əhatə edir. Yeni doğulmuş uşaqlarda perinatal hipoksik-işemik ensefalopatiya, qıcolma və epileptik sindromlar, periferik sinir sisteminin zədələnmələri (bazu kələfi zədələnməsi və s.), beyin qansızmaları kimi bir sıra nevroloji xəstəliklərin diaqnostika və müalicəsi effektiv şəkildə aparılır. Bundan əlavə, müxtəlif tipli baş ağrıları, başgicəllənmə, serebrovaskulyar xəstəliklər, epilepsiya, sinir sistemi infeksiyaları, sinir sisteminin degenerativ xəstəlikləri, mərkəzi sinir sisteminin miyelin xəstəlikləri, əzələ və sinir-əzələ xəstəlikləri, periferik sinir sisteminin xəstəlikləri, vegetativ sinir sisteminin xəstəlikləri sistemli şəkildə, müasir diaqnostika metodlarından istifadə etməklə aşkarlanır və müalicə olunur. Nevroloji xəstəliklərin, xüsusən də epilepsiyanın diaqnostikasında vacib yer tutan elektroensefaloqrafiya (EEQ) müayinəsi klinikamızda geniş şəkildə istifadə olunur.