Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi
Infantil Kolik Qaz Sancısı

Körpələrdə infantil kolik (qaz sancısı) nədir?

Sağlam körpələrdə doğumdan 2 həftə sonra günün müəyyən saatlarında ortaya çıxan, xüsusən 3-cü aya qədər davam edən və heç bir səbəblə əlaqələndirilməyən ağlama krizləridir. El arasında buna köp deyilir. Ən az 3 saat davam edir və həftədə ən az 3 gün olur.

Körpələrin 10-40 %-də görülür. Ağlama krizləri xüsusilə günün ikinci yarısında və axşam saatlarında olur. Körpələrin  50%-də 3-cü aya qədər davam edir. Bəzən 6-cı və 12-ci aya qədər də davam edə bilər.

Səbəbi – tam bilinmir, ancaq bununla bağlı bəzi fərziyyələr vardır:

  • Qida allergiyası və intoleransı
  • Bağırsağın həddindən artıq hərəkətliliyi və ya çoxlu miqdarda qazın olması
  • Həssaslığın çox olması
  • Ailədə olan stress və s.

Diaqnoz xəstədən anamnezinin düzgün alınması ilə qoyulur. Körpədə başqa bir patalogiyanın olmaması, inkişafının normal olması dəqiqləşdirilir. İnfantil koliyi (qaz sancısı) olan uşaqların fiziki müayinəsi normaldır.

Müalicəsi: İndiyə qədər bir sıra dərmanlar yoxlanılmış, amma onların təsiri və etibarlı müalicə üsulu hələ də tapılmamamıştır.

Körpələrin rahatlaması üçün:

  • Maşınla gəzintiyə çıxarmaq
  • Qarnını və kürəyini yumşaq masaj etmək
  • Qucağa almaq
  • Fen səsi, su səsi, tozsoran səsi
  • Laylay demək
  • Çimizdirmək

İnfantil koliyin (qaz sancısı) müalicəsində təsiri sübut olunmuş  yeganə dərman  vardır, o da ZAMANDIR.

Uzm. Dr. Mehriban Hüseynova

Biz, Baku Medical Plaza Uşaq Sağlamlıq Mərkəzinin tibbi personalı, bizlərə əmanət etdiyiniz uşaqlarınıza öz doğmalarımız kimi baxırıq. İnanırıq ki, hər körpənin sağlam yaşama və böyümə haqqı var və bizim işimiz bunu təmin etməkdir.