Yenidoğulmuş uşağın sünnət edilməsi
Uşağın cinsi orqanının uc hissəsini örtən sünnət dərisinin (prepisyumun) cərrahi əməliyyat ilə götürülməsi hadisəsi “sünnət” adlandırılır. Sünnətin nə zaman edilməsi ilə bağlı olaraq , əlavə problemi olmayan və uşağın cinsi orqanı uyğun olan uşaqlarda yeni doğulan uşağın sünnət edilməsi ilk seçim olmalıdır. Ancaq məsələ burasındadır ki, “qıya bilmirəm” , “hələ cox balacadır”, “bu yaşda sunnət edərlər heç” kimi fikirlər yeni doğulmuş uşaqları sünnət edilməkdən yayındırır. Lakin yeni doğulmuş uşağın sünnət edilməsinin özünəməxsus bir çox üstünlükləri var. Bir çox ailələr uşağın özünün də sünnət toyunu görə bilməsi üçün bir az böyüdükdən sonra edilməsinin daha uyğun olacağını düşünürlər. Halbuki sünnət toyunu azyaşlı uşağın sünnəti edildikdən sonra qarşıdan gələn illərdə , yəni bir az böyüyəndə etmək də olar və sırf sünnət toyunda iştirak etsin deyə uşaq böyüdükdən sonra sünnət etdirilməsi, ona psixoloji travma verilməsi və uşağın dözməli olduğu çətinlikləri daha da artırmağa dəyərmi ?
Yenidoğulmuş sünnətinin üstünlükləri:
- ümumi anesteziyaya ehtiyac duyulmaması ;
- yaranın sağalmasının çox sürətli olması;
- cinsiyyət orqanında şişmənin çox az olması;
- uşağa psixoloji təsir etməməsi;
- qulluğun çox asan olması;
- körpəyə xas olan ana südü verilərkən sakitləşməsi;
- adətən sonrasında ağrıkəsiciyə ehtiyac olmaması;
Yeni anadan olmuş körpənin sünnət edilməsi üçün ən vacib şərt onun əlavə bir probleminin olmaması və cinsi orqanın bu əməliyyata uyğun olmasıdır. Yəni əgər xəstənin bilinən əlavə xəstəliyi yoxsa , hər iki yumurtalığı yerində isə və cinsi orqan quruluşu münasibsə yeni doğulan körpə sünnət edilə bilər.
Metod və zamanı
Yeni doğulan körpənin sünnəti üçün müxtəlif üsullar olmasına baxmayaraq , tikişsiz edilən plastibell sünnətinə üstünlük verilir. Yeni doğulan körpənin sünnət edilməsi üçün zaman olaraq isə ilk 24 saatdan sonrakı dövr seçilir. Beləliklə doğuşdan sonra xəstənin sünnət edilmiş olaraq xəstəxanadan çıxması baş verir. Bunun ən böyük üstünlüyü uşağın hələ ətrafında nələrin baş verməsinin fərqində olmadan əməliyyat edilməsidir. Böyüdükdən sonra sünnət əsnasında lokal olaraq anesteziya edilməsinə baxmayaraq , uşağın öz ayaqlarının tutulmasına reaksiya verməsi və narahatlıq keçirməsi müşahidə edilir. Bu səbəbdən sünnət əməliyyatını 28-ci günədək etmək məsləhət görülür.
Sünnətə qədər görülən hazırlıq
Yeni doğulan körpənin sünnət edilməsinə qərar verildikdən sonra , əməliyyatdan 1 saat əvvəl cinsiyyət orqanı ətrafına yerli keyləşdirici təsiri olan krem sürtülür . Eyni zamanda laxtalanma pozğunluğunu test etmək üçün kiçik miqdarda qan alınır . Sonra əməliyyat otağında cinsiyyət orqanı ətrafına yenə yerli keyləşdirici təsirə malik iynə vurulur . 10-15 dəqiqə gözlənildəkdən sonra sünnət əməliyyaına başlanılır .
Sünnət:
- Kəsim dərinin uc hissəsində aparılır .
- Plastibell cinsiyyət orqanının başına yerləşdirilir və dəri plastibelin üzərinə doğru çəkilir .
- Tikiş ipi plastibeldə sarğı şırımı üzərində dərinin ətrafına sarınır. İpdən sonrakı artıq dəri kəsilir . Plastibell isə 10-15 gün sonra düşür .
Sünnət və sonrası
Plastibell sünnətindən sonra eynilə göbəkdə qoyulan plastik kimi cinsiyyət orqanında da plastik halqa olur və göbəkdə olduğu kimi quruduqdan sonra özü düşür . Sünnətdən sonra çimizdirilməsində əks göstəriş yoxdur . Daha sonrakı dövrdə ediləcək tək şey isə bezə yapışmaması üçün cinsi orqanının ucuna krem çəkilməsidir . Halqanın düşmə müddəti 5 gün ilə 20 gün arasında dəyişir ; adətən 10-15 gün çəkir . Ancaq bu müddətdə ailələrin gözlədiyi kimi hər hansı bir narahatlıq baş vermir . Adətən sünnətdən sonra ağrıkəsici lazım deyil , nadir hallarda 20 gündən böyük körpələrdə 1-2 dəfə olmaqla ağrıkəsici ehtiyacı olabilər .
Sünnətdən sonra evdə olunacaqlar
- Bezi 2-3 saatdan bir dəyişdirmək;
- Altı hər dəfə dəyişdirildikdə cinsiyyət orqanı ətrafına bol miqdarda krem çəkmək;
- Sonra da dərhal çimizdirilmək;
- Qucağa götürən zaman sünnət edilmiş orqanı qorumağa diqqət göstərməyə ehtiyac yoxdur;
- Altı təmiz olmasına baxmayaraq , ac deyilsə və həddindən artıq narahatlıq varsa ağrıkəsici şam qoyulur(1-2% xəstə);
- Halqa düşdükdən sonra yoxlanmağa gətirilir.
Bizə də “ xeyirli olsun, keçmiş olsun” demək qalır…